Bank Of Baku

Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Şurasının seminarı keçirilir - YENİLƏNİB

Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Şurasının seminarı keçirilir - <font color=red>YENİLƏNİB</font>
# 06 iyul 2010 08:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA-Economics. Bu gün Bakıda “Bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Şurasının (CAREC) seminarı: Azərbaycan nümunəsinin öyrənilməsi” beynəlxalq konfransı işə başlayıb.

APA-Economics”in məlumatına görə, konfrans iştirakçıları bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və BMT-nin Avropa Regional Komissiyasının üzvü Virginya Qram Motos, Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Satya Prasad Sahu çıxış ediblər.

A.Əliyev DGK-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı konfrans iştirakçılarına məlumat verib. O, 2009-cu ilin yanvarında Azərbaycanda gömrük sahəsində “bir pəncərə” sisteminin tətbiq olunduğunu qeyd edib: “Bir pəncərə” sisteminin tətbiqi gömrük xidmətinin işinin səmərəliliyinin artırılmasına böyük təkan verib. Dövlət Gömrük Komitəsi gömrük xidmətinin təkmilləşməsində həmişə beynəlxalq təcrübəni əsas götürür”.

BMT-nin Avropa Regional Komissiyasının üzvü Virginya Qram Motos bildirib ki, tədbir BMT-nin İqtisadiyyat komitəsi tərəfindən, Asiya İnkişaf Bankının iştirakı ilə təşkil olunub. O, tədbirin məqsədinin Azərbaycanda idxal və ixrac üçün “vahid pəncərə” sisteminin inkişafına və ticarət asanlaşdırılmasına yardım etmək olduğunu deyib: “Bu, Azərbaycan üçün çox yaxşı imkandır ki, Azərbaycan başqa ölkələrin bu sahədəki təcrübəsini öyrənsin. Tədbirin başqa məqsədi odur ki, bu sahədə regionda əlaqələr inkişaf etsin”.

Qeyd edək ki, iki gün (6-8-iyul) davam edəcək tədbirdə 10-dan çox Asiya ölkəsinin nümayəndəsi iştirak edir. Seminarda “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı müzakirələr və diskussiyalar təşkil olunacaq. Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri “bir pəncərə” sisteminin layihələndirilməsi, inkişafı, idarə olunması, təkmilləşdirilməsi, həmçinin beynəlxalq ekspertlər “bir pəncərə” sisteminin ayrı-ayrı ölkələrdə olan təcrübələri, modelləri və digər mövzularda məruzələrlə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR