Bank Of Baku

«AGLeasing» şirkətinin portfelinin həcmi 4,389 mln. manata çatıb

«AGLeasing» şirkətinin portfelinin həcmi 4,389 mln. manata çatıb
# 06 iyul 2010 08:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 4,389 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 44% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 30% azalaraq 8,150 mln. manat olub.

Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Həmçinin bu ilin iyul ayının 1-nə şirkətin lizinq müqavilələrinin sayı 124-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments LTD.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR