Bank Of Baku

«Azərsığorta» şirkətinin daxilolmalarının həcmi son bir ildə 10% azalıb

«Azərsığorta» şirkətinin daxilolmalarının həcmi son bir ildə 10% azalıb
# 07 iyul 2010 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 11,315 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 10% azdır.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, son bir illə müqayisədə şirkətin sığorta ödənişlərinin həcmi 9% azalaraq 5,077 mln. manat olub. Daxilolmaların strukturuna gəldikdə, ümumilikdə icbari sığorta növləri (10 icbari sığorta növü) üzrə 9 mln. manat həcmində sığorta haqqı toplanılıb. Könüllü sığorta növlərinin ümumi daxilolmalarda payı isə 2,5 mln. manat təşkil edib.

Sığorta haqlarında ən çox vəsait «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (523,160 min manat), «Bədbəxt hadisələrin sığortası» (657,738 min manat) və «Müəssisə əmlakının sığortası» (135,436 min manat) növlərindən toplanılıb. Ödənişlərdə isə «KASKO sığortası» növü üzrə 224 min manat, «Vətəndaşlara məxsus tikintilərin sığortası» növü üzrə isə 582 min manat həcmində vəsait ödənilib.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR