Bank Of Baku

“Barselona” klubu maaşları ödəmək üçün 150 mln. avro kredit götürəcək

“Barselona” klubu maaşları ödəmək üçün 150 mln. avro kredit götürəcək
# 07 iyul 2010 15:09 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın “Barselona” futbol klubu oyunçuların, məşqçi korpusunun və inzibati-texniki personalın maaşlarını ödəmək üçün 150 mln. avro kredit götürmək niyyətindədir.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə klubun yeni prezidenti Sandro Rossel açıqlama verib.

Onun sözlərinə görə, “Barselona” klub likvidliklə bağlı bəzi problemlər yaşayır. Əsas çətinlik isə klubun oyunlarını translyasiya hüququna malik olan “Media Pro” media-holdinqi tərəfindən ikitərəfli müqavilənin yerinə yetirilməməsidir. Çünki holdinq iflas olma həddindədir və onun “Barselona”ya borclarının ödəniləcəyinə təminat yoxdur.

Qeyd edək ki, “Barselona” dünyanın ən varlı klublarından biridir. Onun məcmu gəliri 2009-cu ildə 366 mln. avro təşkil edib. Bu göstəriciyə görə “Barsa” yalnız əzəli rəqibi “Real”a uduzur - 400 mln. avro.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR