Bank Of Baku

Bakıda Azərbaycanla bağlı «Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi» hesabatının təqdimatı keçirilib

Bakıda Azərbaycanla bağlı «Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi» hesabatının təqdimatı keçirilib
# 08 iyul 2010 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Azərbaycan üzrə hazırlanmış «Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi» hesabatının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda aparılan iqtisadi islahatlar və əldə olunmuş uğurlar barədə məlumat verib.

O qeyd edib ki, 2010-cu ilin ilk beş ayı ərzində ölkədə ÜDM-rin real artımı 4,5% təşkil edib, onun adambaşına düşən həcmi isə 3,1% artıb: «Azərbaycan hökuməti xarici ticarətin inkişafı və onun genişləndirilməsinə dair bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsi olaraq ölkədə xarici ticarətin göstəriciləri yüksələn xətt üzrə inkişaf edir».

Azərbaycanda xarici ticarətin liberalaşdırılması və sadələşdirilməsi istiqamətində bir sıra işlər aparıldığını bildirən S.Vəliyev onu da qeyd edib ki, görülən tədbirlər qeyri-neft sektoruna müsbət təsir göstərir.

Tədbirdə UNDP-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Baxodur Eşonov və BMT-nin Avropa üzrə İqtisadi Komissiyanın (UNECE) ticarət şöbəsinin müdiri xanım Virdcinia Kram-Martos çıxış edərək BMT-nin Mərkəzi Asiya üzrə Xüsusi İqtisadiyyat Proqramı (SPECA) çərçivəsində görülən işlər barədə məlumat verib, «Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi» hesabatının hazırlanmasının ticarətin inkişafında əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, SPECA tərəfindən hazırlanmış yekun hesabata bu ilin sonunda baxılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR