Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 2,5 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 2,5 dəfə artıb
# 08 iyul 2010 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 126 ölkə ilə 10,6 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatı aparıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici ticarət dövriyyəsinin 8,2 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 2,4 mln. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 5,8 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 55,8%, o cümlədən ixrac 78,2%, idxal 4,4%, müsbət saldo isə 2,5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR