Bank Of Baku

Bakıda BMT-nin Mərkəzi Asiya üzrə Xüsusi İqtisadiyyat Proqramının üzv ölkələrinin nazirlər konfransı keçiriləcək

Bakıda BMT-nin Mərkəzi Asiya üzrə Xüsusi İqtisadiyyat Proqramının üzv ölkələrinin nazirlər konfransı keçiriləcək
# 08 iyul 2010 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunda Bakıda BMT-nin Mərkəzi Asiya üzrə Xüsusi İqtisadiyyat Proqramının (SPECA) üzv ölkələrinin nazirlər konfransı keçiriləcək.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev bildirib.

Onun sözlərinə görə, dekabr ayının 1-2-də keçiriləcək tədbirdə SPECA tərəfindən Azərbaycan üzrə hazırlanmış «Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi» yekun hesabatına baxılacağı və qəbul olunması gözlənilir: «Bundan başqa, tədbirdə Bakı bəyannaməsinin hazırlanacağı da gözlənilir».

Qeyd edək ki, Azərbaycan ixrac potensialının və regionlarda ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə 2008-ci ildə ÜTT və BMT-nin Ticarət üçün Yardım mexanizminə qoşulmaq təşəbbüsü ilə çıxış edib. Təşəbbüs SPECA-ya üzv ölkələrdə «Ticarət və insan inkişafının ehtiyaclarının qiymətləndirilməsi» hesabatlarının hazırlanması, bu hesabatların SPECA ölkələri tərəfindən baxılması, bununla bağlı Azərbaycanda SPECA ölkələri nazirlərinin görüşünün keçirilməsi və yekun hesabatın hazırlanmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR