Bank Of Baku

Bakıda beynəlxalq bank konfransı keçiriləcək

Bakıda beynəlxalq bank konfransı keçiriləcək
# 08 iyul 2010 12:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin iyul ayının 29-da Bakıda «Ödəniş kartları sferasında və prosessinq mərkəzlərinin fəaliyyətində informasiya təhlükəsizliyi problemləri üzrə I Bakı beynəlxalq konfransı» keçiriləcək.

Bunu «APA-Economics»ə açıqlamasında «Royal Bank»ın Kart texnologiyaları Departamentinin direktoru Nadir Şükürov bildirib.

N.Şükürovun sözlərinə görə, konfransda Ukrayna, Rusiya, İrlandiya və Gürcüstanın tanınmış banklarının nümayəndələri iştirak edəcək. Tədbirdə bankların emissiya etdiyi plastik kartların təhlükəsizliyinin təmin edilməsi sahəsində dünya təcrübəsi, eyni zamanda iştirakçı dövlətlərin kartlarla bağlı tətbiq etdiyi təhlükəsizlik sistemləri və bu mövzu ilə əlaqəli digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, konfransın əsas təşkilatçıları «Royal Bank» ASC və İrlandiyanın «Sysnet Global Solutions» informasiya təhlükəsizliyi şirkətidir. Konfransın informasiya dəstəyi isə APA informasiya agentliyinə məxsusdur.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 149,346 mln. manat, depozit portfeli 98,348 mln. manat, kredit portfeli 108,385 mln. manat, məcmu kapitalı 19,217 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,625 mln. manat təşkil edib. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 111 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR