Bank Of Baku

Avropanın 90-dan artıq bankı stress-testdən keçəcək

Avropanın 90-dan artıq bankı stress-testdən keçəcək
# 08 iyul 2010 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bankların tənzimlənməsi üzrə Avropa Komitəsi (CEBS) öz aktivlərinin böhrana qarşı dayanıqlığı üzrə stress-testlər keçəcək bankların siyahısını dərc edib.

«APA-Economics»in «Reuters»ə istinadən verdiyi məlumata görə, stress-testləri Avropanın 91 bankı keçəcək ki, nəticələr iyulun 23-də məlum olacaq.

Sözügedən testlər nəticəsində dünya iqtisadiyyatı və maliyyə bazarlarında vəziyyətin pisləşməsinə Avropanın hansı bankları davam gətirə biləcəyi müəyyənləşəcək. Testlərdən məcmu kapitalının həcminə görə Avropanın bank sektorunun 65%-ni birləşdirən maliyyə institutları keçəcək.

Stress-testlərdən «BNP Paribas», «Societe Generale», «Deutsche Bank», «Commerzbank», «HSBC Holdings», «Barclays», «Lloyds Banking Group», «Unicredit» və digər banklar keçəcək.

Stress-testlərdən keçəcək bankların tam siyahısı

Ölkə


Bankın adı


Avstriya 

«Erste Group», «RZB» 

Belçika 

«KBC Group», «Dexia» 

Kipr 

«Marfin Popular Bank», «Bank of Cyprus» 

Danimarka 

«Danske Bank», «Jyske Bank», «Sydbank» 

Finlandiya 

«OP-Pohjola Group» 

Fransa 

«BNP Paribas», «Credit Agricole», «BPCE», «Societe Generale»

Almaniya


«Deutsche Bank», «Commerzbank», «Hypo Real Estate», «Landesbank Baden-Wuerttemberg», «Bayerische Landesbank», «DZ Bank», «Norddeutsche Landesbank», «Deutsche Postbank», «WestLB», «HSH Nordbank», «Landesbank Hessen-Thueringen», «Landesbank Berlin», «Dekabank Deutsche Girozentrale», «WGZ Bank» 

Yunanıstan

«National Bank of Greece», «EFG Eurobank», «Alpha Bank», «Piraeus Bank Group», «Agricultural Bank of Greece», «TT Hellenic Postbank» 

Macarıstan 

«OTP Bank Nyrt», «Jelzalogbank Nyilvanosan» 

İrlandiya 

«Bank of Ireland», «Allied Irish Banks» 

İtaliya 

«Unicredit», «Intesa SanPaolo», «Monte dei Paschi di Siena», «Banco Popolare», «UBI Banca»

Lüksemburq 

«Banque et Caisse d’Epargne de l’Etat», «Banque Raiffeisen» 

Malta 

«Bank of Valletta» 

Niderland 

«ING Bank», «Rabobank Group», «ABN/Fortis Bank Nederland», «SNS Bank» 

Polşa 

«PKO Bank Polski» 

Portuqaliya 

«Caixa Geral de Depositos», «Millennium BCP», «Espirito Santo Financial», «Banco BPI» 

Sloveniya 

«Nova Ljubljanska Banka» 

İspaniya


«Banco Santander», «BBVA», «Jupiter», «La Caixa», «CAM», «Banco Popular Espanol», «Banco de Sabadell», «Diada», «Breogan», «Mare Nostrum», «Bankinter», «Espiga», «Banca Civica», «Caja de Ahorros  M.P. de Zaragoza», «Unicaja», «Banco Pastor», «Caja Sol», «Bilbao Bizkaia Kutxa», «Aurrezki Kutxa Eta Bahitetxea», «Unnim», «Caja de Ahorros M.P. de Gipuzkoa San Sebastian», «CAI», «Caja de Ahorros M.P. de Cordoba», «Banca March», «Banco Guipuzcoano», «Caja de Ahorros de Vitoria Alava», «Caja de Ahorros  M.P. de Ontinyent», «Colonya - Caixa d’Estalvis de Pollensa»

İsveç 

«Nordea Bank», «SEB», «Svenska Handelsbanken», «Swedbank» 

Böyük Britaniya 

«Royal Bank of Scotland», «HSBC Holdings», «Barclays», «Lloyds Banking Group» 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR