Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 15% artırıb

«Texnikabank» son bir ildə depozit portfelini 15% artırıb
# 15 iyul 2010 14:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 452,783 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 2,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 15,4% genişlənərək 187,112 mln. manat, kredit portfeli 0,6% artaraq 348,911 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 37,380 mln. manat olub.

Hesabat dövründə bankın məcmu kapitalı 3,4% azalaraq 58,044 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən iki dəfə artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın ümumi gəlirləri 33,490 mln. manat, xərcləri isə 31,707 mln. manat olub. Nəticədə bankın mənfəəti 1,782 mln. manat təşkil edib. Həmçinin bu dövr ərzində bank əlavə 10 bankomat və 9 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın işçilərinin sayı 7% artaraq 627 nəfərə çatıb.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 58 bankomatı və 349 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR