Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olub

Azərbaycanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olub
# 15 iyul 2010 17:06 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 2010-cu il iyulun 12-14-də prezident İlham Əliyevin tapşırığı ilə Serbiya Respublikasında səfərdə olub.

İİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanın müxtəlif nazirlik və təşkilatlarının, o cümlədən Dövlət Neft Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, ARDNŞ, “Azərbaycan Dəmir Yolu” QSC, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri daxil olub.

Səfər zamanı nümayəndə heyəti Serbiyanın iqtisadiyyat və regional inkişaf naziri Mlacan Dinkiç, Baş Nazir Mirko Tsvetkoviç tərəfindən qəbul edilib, Serbiyanın Özəlləşdirmə üzrə Agentliyi, İxrac və Xarici Sərmayələrin Təşviqi Agentliyinin rəhbərliyi və Serbiya iş adamları ilə görüşləri keçirib.

Baş Nazir M.Tsvetkoviç Azərbaycana Kosovo məsələsində Serbiyanı dəstəklədiyinə görə təşəkkürünü bildirib. Öz növbəsində Ş.Mustafayev Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini hərtərəfli dəstəklədiyinə görə Serbiya tərəfinə təşəkkür edib.

Azərbaycan nümayəndə heyəti Serbiyanın müxtəlif qurumlarını da ziyarət edib və danışıqlar aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR