Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri 36% artıb

Azərbaycanda əhalinin bank əmanətləri 36% artıb
# 15 dekabr 2010 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 35,8% artaraq 2 887,5 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 308,5 mln. manatı və ya 45,3%-i milli, 1,579 mlrd. manatı isə xarici valyuta şəklində qoyulub. Özəl banklarda yerləşdirilmiş vəsaitlər əmanətlərin ümumi həcminin 77,4%-ni təşkil edib.

Qeyd edək ki, 2010-cu ilin noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,58 manat, 1 avroya 1,06 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80 manat, 2,65 manat və 1,06 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR