Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pulu xidmətlər 10% artıb

Azərbaycanda əhaliyə göstərilən pulu xidmətlər 10% artıb
# 16 dekabr 2010 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə 4 156,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Eonomics»ə verilən məlumata görə, pullu xidmətlərin artımının 58,4%-i hüquqi şəxslərin müəssisələri hesabına olub və bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin eyni dövrünün səviyyəsini 7,6% üstələyərək 3 239,8 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 42,1 manatlıq və ya 5,2 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 3,3 manatı (63,5%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR