Bank Of Baku

«Bank of Baku» ASC «Tibb krediti» məhsulunu təqdim edib

«Bank of Baku» ASC «Tibb krediti» məhsulunu təqdim edib
# 17 dekabr 2010 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC müştərilərə daha bir məhsulunu – «Tibb krediti»ni təqdim edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kreditin məqsədi əhalinin bütün təbəqələrinə həyatın ən çətin anlarında dəstək olmaqdadır.

«Bank of Baku» əhaliyə bank vasitəsilə tibb əməliyyatlarının yeni və rahat ödəniş xidmətindən istifadə etməyi təklif edir. Müştərilər qısa bir müddətdə müalicə üçün krediti alaraq tibbi xərcləri asanlıqla ödəyə bilər. Kredit maksimum 2 min manat olmaqla 3-24 ay müddətinə götürə bilərlər. Krediti rəsmiləşdirmək üçün müştəri şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və müvafiq səhiyyə müəssisəsindən arayış təqdim etməlidir.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 228,930 mln. manat, depozit portfeli 137,556 mln. manat, kredit portfeli 167,572 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 144,190 mln. manat, məcmu kapitalı 37,482 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,852 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR