Bank Of Baku

«NBC Bank» ASC «NBC-17» məhsulu üzrə sonuncu lotereya tirajını keçirib

«NBC Bank» ASC «NBC-17» məhsulu üzrə sonuncu lotereya tirajını keçirib
# 17 dekabr 2010 15:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «NBC Bank» ASC «NBC-17» məhsulu üzrə təşkil etdiyi lotereyanın sonuncu tirajını keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə bankın İdarə Heyətinin sədr müavini Rəşad Əzizov bildirib ki, bankın təqdim etdiyi «NBC-17» məhsulu müştərilər tərəfindən böyük maraqla qarşılanıb: «Bankımız son iki ildə fiziki şəxslərdən cəlb etdiyi əmanətlərdə 2,4 dəfə artıma nail olub. Bu da əmanətçilərin banka olan etimadının bariz göstəricisidir».

Lotereyanın şərtlərinə əsasən, müştərilər «NBC-17» depozitinə əmanət yerləşdirdikdə, onlara xüsusi hazırlanmış lotereya bileti təqdim olunub. Qalibləri komissiya üzvləri kuponları lototrondan çıxararaq müəyyənləşdiriblər.

Tirajın nəticələrinə görə, birinci qalib Quliyev Nuru Abdulla oğlu olub və qalibə əmanət üzrə faiz dərəcəsi +3% bonus hədiyyə edilib. İkinci qalib Sadıqov Xalid – uduş: əmanət faiz dərəcəsi +2% bonus, üçüncü qalib Hüseynova Adilə Əkbər qızı – uduş: faiz dərəcəsi +1% bonus, dördüncü qalib Kərimova Nüşabə Teymur qızı – uduş: faiz dərəcəsi +1% bonus, beşinci qalib Hüseynov İsgəndər Əyyub oğlu - uduş: fotokamera «Olympus FE 45», altıncı qalib Abdulova Səadət Rüfət qızı - uduş: mobil telefon «Nokia 5130», yeddinci qalib Cəfərova Şəhla Nazim qızı - uduş: «Sony» CD Pleyer təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR