Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı Qubada regional seminar keçirir

Azərbaycan Mərkəzi Bankı Qubada regional seminar keçirir
# 18 dekabr 2010 09:36 (UTC +04:00)
Quba. Könül Abdullayeva - APA. Bu gün Qubada Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və təşkilatçılığı ilə “Nağd pul tədavülünün təşkili və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə” mövzusunda regional seminar keçirilir.
APA-nın şimal bürosunun xəbərinə görə, ölkənin şimal bölgəsində fəaliyyət göstərən bank filiallarının rəhbərləri, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən seminarda saxta pul çapına qarşı mübarizənin gücləndirilməsi, pul nişanlarının mühafizə elementləri və ekspertizası, kassa əməliyyatlarının səmərəli təşkili və s. mövzularda məruzələr dinlənilir.
Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, 2010-cu ildə Azərbaycanda 857 ədəd saxta pul nişanı aşkarlanıb: “Bunlar 1, 5, 20 və 100 manatlıq əsginaslardır. Aparılan ekspertizalar nəticəsində məlum olub ki, saxta əsginaslar skaner, printer və müxtəlif kompüter texnologiyalarından istifadə etməklə hazırlanıb”.
Seminarda saxta pul çapına qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, eləcə də “Bank-əhali” əlaqələrinin gücləndirilməsi və bu istiqamətdə təşəbbüslərin artırılması mövzusunda müzakirələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR