Bank Of Baku

Gələn ay «AXA MBASK»ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək

Gələn ay «AXA MBASK»ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 18 dekabr 2010 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Gələn ilin yanvar ayının 17-də “AXA MBASK” sığorta şirkətinin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən rəhbər işçilərin təyin edilməsi və yeni namizədlərin irəli sürülməsi, yeni filialın yaradılması və əsasnamənin təsdiqi, mövcud filialların yenidən təşkili və əsasnamələrinə dəyişiklik edilməsi, həmçinin gələcəkdə filialların yaradılması, yenidən təşkili, ləğvi və əsasnamələrin təşkil edilməsi səlahiyyətinin Direktorlar Şurasına verilməsi məsələsi müzakirə ediləcək.

İclasda eyni zamanda cəmiyyətin müstəqil auditorun seçilməsi, Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası haqqında əsasnamələrin cəmiyyətin yeni redaksiyada təsdiq edilmiş nizamnaməsinə uyğunlaşdırılması və qanunvericilikdə müəyyən olunmuş qaydada müəyyən razılıqlar və icazələr alındıqdan sonra səhmdarların ümumi yığıncağı tərəfindən İdarə Heyətinin sədri və üzvü vəzifəsinə irəli sürülmüş namizədlərin təyin olunması səlahiyyətinin Direktorlar Şurasına verilməsi səhmdarların əsas müzakirə obyekti olacaq.

Xatırladaq ki, cari ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin səhm nəzarət paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros Generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə Eldar Qəribova məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR