Bank Of Baku

«Alfa Sığorta» şirkəti regional xidmət şəbəkəsini genişləndirir

«Alfa Sığorta» şirkəti regional xidmət şəbəkəsini genişləndirir
# 20 dekabr 2010 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» ASC-nin Şəki rayonunda nümayəndəliyi fəaliyyətə başlayıb. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, rayon ictimaiyyəti, o cümlədən iş adamlarının qatıldığı açılış mərasimində «Alfa Sığorta» şirkətinin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı və şirkətin İdarə Heyətinin üzvü Kamran Bağırov iştirak ediblər.

Şirkətin gələcək planları, onun məhsulları haqqında danışan X.Məmmədxanlı iştirakçıları maraqlandıran suallara cavab verib, nümayəndəliyin şirkətin bütün məhsul və xidmət çeşidini müştərilərə təqdim edəcəyini, bununla yanaşı bütün bölgə əhalisinin sığorta məsləhətçisinə çevriləcəyini bildirib.

Qeyd edək ki, şirkətin nümayəndəliyi Şəki şəhəri, II rayon, S.Rəhman küçəsi,138 ünvanında yerləşir. Hazırda şirkətin ölkə üzrə 4 nümayəndəliyi fəaliyyət göstərir.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 25 sığorta növü üzrə xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR