Bank Of Baku

Çin və Pakistan ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmaq istəyir

Çin və Pakistan ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmaq istəyir
# 20 dekabr 2010 14:03 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin baş naziri Ven Tszyabaonun Pakistana iki günlük səfəri çərçivəsində tərəflər ümumi dəyəri 35 mlrd. dollar olan sövdələşmələr, o cümlədən 20 mlrd. dollarlıq hökumət sazişləri imzalayıblar.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, tərəflər Pakistan ərazisində neft, qaz və faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. həmçinin Çin kosmik sahəni, okeanologiyanı, sənayeni və elektronika istehsalını inkişaf etdirməkdə kömək etməyə söz verib.

2011-ci ili “Çin və Pakistan arasında mübadilə ili” elan edən hökumətlərin hesablamalarına görə, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 100 mlrd. dollara çatacaq.

Bundan başqa, Çin və Pakistanda digər ölkənin mədəniyyət mərkəzi açılacaq. Çin pakistanlı gənclərin mübadilə proqramı əsasında təhsil alması üçün 500 dövlət təqaüdü ayırmağa da razılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR