Bank Of Baku

Azərbaycanda elmə ayrılan xərclərin necə istifadə olunması araşdırılıb

Azərbaycanda elmə ayrılan xərclərin necə istifadə olunması araşdırılıb
# 20 dekabr 2010 14:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Hesablama Palatasının dekabrın 17-də keçirilən Kollegiya iclasında dövlət büdcəsindən müxtəlif təşkilatlara ayrılan vəsaitin istifadəsi üzrə hesabatlar və auditor rəyləri müzakirə edilib.

«APA-Economics»in komitənin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, iclasda Dövlət Statistika Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin, dövlət büdcəsinin mərkəzləşmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə, Neft-Kimya Prosesləri, İnformasiya Texnologiyaları, Radiasiya Problemləri institutlarına və Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasının əsaslılığı və icrasının auditi üzrə hesabat və rəylərə baxılıb.

Bundan başqa, kollegiyada Mingəçevir şəhər İH-nin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi üzrə Hesabat və Rəylər müzakirə olunaraq müvafiq qaydada təsdiq edilib. Kollegiyanın qərarları barədə Milli Məclisə məlumatın verilməsi qərara alınıb.

İclasda həmcinin 2007-2009-cu illərdə Müdafiə Sənayesi Nazirliyinə, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətinə və 2008-2009-cu illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsinə dair analitik təhlil proqramları barədə məlumat verilib və müzakirə olunaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR