Bank Of Baku

Azərbaycanda inflyasiya əsasən idxal hesabına formalaşır

Azərbaycanda inflyasiya əsasən idxal hesabına formalaşır
# 21 dekabr 2010 09:32 (UTC +04:00)
«APA-Economics»in hesablamalarına görə, bu hissə təxminən 80% təşkil edir.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycana idxal olunan istehlak malları üzrə illik qiymət artımı 4,3%-ə bərabər olub. Eyni zamanda, Azərbaycanda istehsalçıların qiymət indeksi də yüksəlib və bu artım 31,4% təşkil edib, lakin bu, istehlak malları üzrə deyil, mədənçıxarma sənayesində baş verib. Bundan əlavə qeyd olunmalıdır ki, istehlak inflyasiyasının formalaşmasında əsas rolu oynayan ərzaq malları üzrə qiymət artımı 6,7% təşkil edib, həmin növ malların idxalı üzrə inflyasiya isə 7,4%-ə bərabərdir.

Vurğulamaq lazımdır ki, hesabat dövrü ərzində əhaliyə satılan ərzaq mallarının pul ifadəsində həcminin yalnız 14%-i idxal olunur, eyni zamanda bu prosesdə psixoloji amillərin mənfi təsirindən yerli qida məhsulları istehsalı sənayesində də 5,4%-lik qiymət artımı baş verib. Bütün bunlar ölkədə inflyasiya səviyyəsinin formalaşmasında idxalın əhəmiyyətli paya malik olduğunu görərik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR