Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 77% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 77% artıb
# 21 dekabr 2010 10:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan 145 ölkə ilə 25 115,136 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 11 ayına nisbətən bu il ticarət əməliyyatlarının həcmi 34,9% artıb.

Bu müddət ərzində ölkədən 19 403,638 mln. dollar dəyərində 2 063 adda mal ixrac, 5 711,499 mln. dollar dəyərində 5 818 adda mal idxal edilib. Keçən ilin ilk 11 ayına nisbətən ixrac 47,36%, idxal isə 4,80% artıb.

İxracın əsas hissəsi – 92,74%-i xam neft və neft məhsullarının payına düşür. İlk 11 ayda ixracın 86,69%-ni xam neft (2009-cu ilin 11 ayına nisbətən 57,20% artıb), 6,05%-ni neft məhsulları (13,82% azalıb), 0,83%-ni bitki və heyvan mənşəli mallar (44,62% artıb), 0,68%-ni meyvə-tərəvəz (23,41% azalıb), 0,51%-ni qara metallar və ondan hazırlanan məmulatlar (2,75% azalıb), 0,21%-ni kimya sənayesi məhsulları (40,44% artıb) təşkil edib.

İdxalın 27,29%-i maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (2009-cu ilin 11 ayına nisbətən 18,84% azalıb), 14,81%-i ərzaq məhsulları (34,17% artıb), 12,56%-i nəqliyyat vasitələri və onların hissələri (2,15% artıb), 12,19%-i qara metallar və ondan hazırlanan məmulatlar (37,68% artıb), 2,47%-i oduncaq və ondan hazırlanan məmulatlar (87,41% artıb), 2,32%-i əczaçılıq məhsulları (6,03% artıb) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR