Bank Of Baku

Azərbaycanda həyat sığortası bazarının tezliklə genişlənəcəyi gözlənilir

Azərbaycanda həyat sığortası bazarının tezliklə genişlənəcəyi gözlənilir
# 21 dekabr 2010 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiq edilməsindən sonra sığorta bazarının bu seqmentində potensial sığorta yığımlarının il ərzində 30-40 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, bu qanun yeni tətbiq olunduğu üçün Maliyyə Nazirliyi bu rəqəmi proqnoz kimi səsləndirir: «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsində qeyri-həyat (non-life) sığorta növləri üzrə xidmətlər göstərən sığorta şirkətləri həyat sığortası üzrə fəaliyyət göstərə bilməz. Bunun üçün, yəni növlər üzrə ixtisaslaşmaq məqsədilə bütün şirkətlərə müəyyən vaxt verilib. İndiyədək ancaq iki təşkilat - «Qala Həyat» və «Atəşgah Həyat» sığorta şirkətləri həyat sığortası fəaliyyəti üzrə lisenziya alıb. Qəbul olunmuş qanunla bütün müəssisə və təşkilatların işçiləri yalnız həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri ilə müqavilə bağlamalıdır».

N.Xəlilov bildirib ki, bu sığorta növü üzrə müqavilələr müddətsiz bağlanılır və qanunda müqavilə anlayışı deyilən bir ifadə yer alıb. Belə ki, müqavilə hər ilin sonunda (müqavilənin bitmə müddətinə 30 qalmış) tərəflərin razılığı əsasında müəyyən bir vaxtadək uzadılır.

N.Xəlilov yaxın vaxtlarda həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayının artacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR