Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti fəaliyyətinin 14 illiyini qeyd edib

«Atəşgah Sığorta» şirkəti fəaliyyətinin 14 illiyini qeyd edib
# 21 dekabr 2010 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «Atəşgah Sığorta» şirkəti fəaliyyətinin 14 illiyini qeyd edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1996-cı ildən fəaliyyətə başlayan şirkət uzun illərdir Azərbaycan sığorta bazarının liderləri sırasındadır. Bu müddət ərzində şirkətin əsas məqsədi müştərilərə keyfiyyətli sığorta xidmətləri göstərmək, həmçinin ölkənin sığorta mədəniyyətini inkişaf etdirməkdir.

Şirkət fəaliyyətə başladığı vaxtdan sığortanın müxtəlif növləri üzrə, o cümlədən əmlak sığortası, fərdi və iri biznes sahələrinə geniş çeşidli xidmətlər təqdim edib.

Qeyd edək ki, hazırda şirkət müştərilərə 17 könüllü və 4 icbari sığorta növü xidmətlər göstərir.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabrında yaradılıb. «APA-Economics»in Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında hazırladığı renkinqdə
(yanvar-noyabr, 2010-cu il) şirkət sığorta haqları (13,09 mln. manatla) və ödənişlər üzrə (4,72 mln. manat) üçüncü yerdə qərarlaşıb. Hazırda şirkətin Bakıda 5 ofisi, regionda isə 6 nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR