Bank Of Baku

“Kapitalbank”dan, “Dəmirbank”dan və ayrı-ayrı şəxslərdən pul mənimsəməkdə ittiham olunan qadının məhkəməsi başlayıb

“Kapitalbank”dan, “Dəmirbank”dan və ayrı-ayrı şəxslərdən pul mənimsəməkdə ittiham olunan qadının məhkəməsi başlayıb
# 21 dekabr 2010 12:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Kapital Bank” və “Dəmirbank”dan, eyni zamanda ayrı-ayrı şəxslərdən dələduzluq yolu ilə pul mənimsəməkdə ittiham olunan Səkinə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, Səkinə Süleymanova 2007-2008-ci illər ərzində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların pullarını mənimsəyib. Belə ki, o Bakı şəhər sakinləri Rüfət Əliyevdən 5000, Fəxriyyə Əliyevadan 5000 ABŞ dolları, Vüsalə Abdullayevanın adından saxta sənədlərlə “Azərdəmiryolbank” (indiki “Dəmirbank” ) 25000 dollar, Sitarə Məmmədovanın adından saxta sənədlərlə “Kapitalbank”dan 26500 manat və Fəridə Hüseynovaya məxsus “Ekspress” mağazasından müxtəlif məişət əşyaları götürərək mənimsəyib. S. Süleymanova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Məhkəmə prosesi dekabrın 28-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR