Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb
# 21 dekabr 2010 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3,415 mln. min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq aylarına nisbətən 8,6% çoxalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin sərmayələrinin xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 12 layihənin icrasına 423 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR