Bank Of Baku

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta üzrə tariflər müəyyənləşib

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta üzrə tariflər müəyyənləşib
# 21 dekabr 2010 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiqi üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə sığorta ödənişlərinin qaydaları və sığorta tarifləri müəyyən edilib. «APA-Economics» xəbər verdiyi kimi, müvafiq qaydalarla bu sığorta növü üzrə zərərçəkənə aylıq sığorta ödənişi, birdəfəlik sığorta ödənişi və əlavə sığorta ödənişinin həyata keçirilməsinin müddəti, ödənişin verilməsinin dayandırılması və bərpası prosedurları müəyyən edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə bu sığorta növü üzrə işçilərin risk qruplarından asılı olaraq sığorta tarifləri müəyyən edilib. Belə ki, ən aşağı riskli hesab olunan I risk qrupu üzrə sığorta tarifləri işçinin orta illik əməkhaqqının qulluqçu heyəti üçün 0,2%, fəhlə heyəti üçün isə 0,4% səviyyəsində müəyyən olunub. Ümumilikdə, Azərbaycanda iqtisadi fəaliyyət növləri 14 risk qrupuna bölünüb və risklər artdıqca sığorta tarifləri də artır. Belə ki, ən riskli hesab olunan və hasilat, metallurqiya, kimyə, tikinti sahələri kimi fəaliyyət növlərini əhatə edən XIV risk qrupu üzrə qulluqçu heyəti üzrə tarif 0,5%, fəhlə heyəti üzrə 2% kimi müəyyən edilib.

Xatırladaq ki, hazırda Azərbaycanda 400 minə yaxın işəgötürən var və bu müəssisə və təşkilatların hamısı işçilərini icbari qaydada sığortalamalıdır. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunda hərbi və ya xüsusi rütbəsi olan şəxslər, Azərbaycan və Naxçıvan Milli Məclisinin deputatları, həmçinin «Sosial sığorta haqqında» qanuna uyğun olaraq, məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla, bütün sosial sığorta haqqı ödəyən şəxslər bu sığorta növü üzrə sığortalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR