Bank Of Baku

Azərbaycanda sığorta şirkətlərinin həyata və qeyri-həyat sığortası üzrə ixtisaslaşmasına əlavə vaxt verilməyəcək

Azərbaycanda sığorta şirkətlərinin həyata və qeyri-həyat sığortası üzrə ixtisaslaşmasına əlavə vaxt verilməyəcək
# 21 dekabr 2010 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin həyat və qeyri-həyat sığorta növləri üzrə ixtisaslaşması üçün Maliyyə Nazirliyi tərəfindən əlavə vaxt verilməyəcək. Bu məqsədlər üçün ayrılan müddət (iki il) 2011-ci ilin ilin mart aynda başa çatacaq. Bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, sığorta şirkətlərinin ixtisaslaşması tələbi «Sığorta fəaliyyəti haqqında» qanun ilə nəzərdə tutulub: «Həmin qanunda sığorta şirkətlərinə həyat və ya qeyri-həyat sığortası fəaliyyəti üzrə ixtisaslaşmaq üçün 2011-ci ilin mart ayınadək vaxt verilib», - deyə N.Xəlilov bildirib.

Qeyd edək ki, «Sığorta fəaliyyəti haqqında» qanun 2008-ci ilin mart ayında qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR