Bank Of Baku

«Bank Respublika» əmanətçiləri arasında keçirdiyi uduş kampaniyasının son tirajının qaliblərini müəyyən edib

«Bank Respublika» əmanətçiləri arasında keçirdiyi uduş kampaniyasının son tirajının qaliblərini müəyyən edib
# 21 dekabr 2010 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC əmanətçilər arasında keçirdiyi uduş kampaniyasının qaliblərini müəyyənləşdirib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj nəticəsində daha 6 əmanətçi hər biri 999,9 əyarlı qızıl külçəyə sahib olub. Qeyd edək ki, bu tiraj 2010-cu ildə keçirilən uduş kampaniyasının son tirajıdır.

Kampaniya çərçivəsində hər ay qızıl külçə oynanılırdı. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 manat (dollar, avro) məbləği olan hər bir əmanətçi avtomatik olaraq kampaniyada iştirak edib. Əmanətin hər 1000 manatı (dollar, avro) uduş üçün 1 şans verir. Kampaniyanın keçirildiyi dövr ərzində (2010-cu ilin aprel ayından dekabr ayınadək) bankın 54 əmanətçisi qızıl külçələrə sahib olub.

Qeyd edək ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 279,067 mln. manat, depozit portfeli 122,038 mln. manat, kredit portfeli 167,229 mln. manat, məcmu kapitalı 51,948 mln. manat, o cümlədən nizamnamə kapitalı 37,459 mln. manat təşkil edib. Bankın hazırda 33 filialı, 44 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR