Bank Of Baku

AGBI indeksi 0,9854, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9854, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 22 dekabr 2010 06:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0147 bənd və ya 1,5% azalaraq dekabr ayının 22-nə 0,9854 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması dekabrın 21-də 3,657 mln. manat həcmində dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılması nəticəsində bazarın kapitallaşmasının azalması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR