Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni strategiyası təsdiqlənib

Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni strategiyası təsdiqlənib
# 22 dekabr 2010 06:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının son iclasında qurumun 2011-ci il üçün hazırladığı strategiyanın layihəsi təsdiqlənib. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, strategiyanın iki əsas istiqamət üzrə icrası planlaşdırılır. Belə ki, istiqamətlərdən biri sığorta xidmətlərinin geniş təbliğatı ilə bağlı maarifləndirmə proqramlarının hazırlanması, digəri isə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin mütəxəssisləri üçün treninqlərin keçirilməsini nəzərdə tutur.

A.Əliyev bildirib ki, sığorta şirkətlərinin nümayəndələri üçün mühazirələri Azərbaycandan və xaricdən cəlb edilən mütəxəssislər keçəcək.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR