Bank Of Baku

Ukrayna Milli Bankının sədri istefa verib

Ukrayna Milli Bankının sədri istefa verib
# 22 dekabr 2010 09:02 (UTC +04:00)
Bakı – APA-Economics. Ukrayna Milli Bankının (UMB) sədri Vladimir Stelmax istefa ərizəsi ilə dövlət başçısına müraciət edib. Bununla bağlı prezident Viktor Yanukoviç UMB sədrinin işdən azad edilməsi üçün parlamentə müvafiq təqdimat göndərib.

«APA-Economics»in UNIAN agentliyinə istinadən verdiyi məlumata görə, millət vəkillərinin də tələb etdiyi istefanın səbəbləri dəqiqləşdirilmir. Dövlət başçısı UMB-nin sədri vəzifəsinə V.Stelmaxın birinci müavini Serqey Arbuzovun namizədliyini irəli sürüb. S.Arbuzov bu vəzifəyə 2010-cu ilin sentyabr ayında təyin olunub.

Qeyd edək Ki, Ukrayna parlamentinin deputatları V.Stelmaxı 2008-ci ildə qrivnanın dollara qarşı kəskin ucuzlaşmasında ittiham edirlər. Belə ki, həmin vaxt Ukrayna milli valyutasının dollara qarşı məzənnəsi 70% ucuzlaşıb və qrivna dünya miqyasında ən çox devalvasiyaya uğrayan valyuta elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR