Bank Of Baku

«DəmirBank»ın plastik kart sahibləri daha bir güzəştdən istifadə edəcək

«DəmirBank»ın plastik kart sahibləri daha bir güzəştdən istifadə edəcək
# 22 dekabr 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin plastik kart sahibləri «Gazelli» mağazalar şəbəkəsində alınan malların qiymətindən 15% həcmində endirimdən istifadə edə bilərlər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Gazelli» mağazalar şəbəkəsi hazırda Bakıda yerləşən üç mərkəzdən («Gazelli Evi» - Nizami,93, «Gazelli Şüvəlan» - Almaz İldırım,8, «Gazelli Vellness and Spa Kompleksi» - Heydər Əliyev Beynəlxalq Hava Limanı, «Aeroport Hotel») ibarətdir.

«Gazelli» mağazalarında, eləcə də «Kart sahiblərinə endirimlər» proqramı çərçivəsində digər ticarət və xidmət mərkəzlərində endirim əldə etmək üçün plastik kartı göstərmək kifayətdir – ödənişi nağd şəkildə aparmaq mümkündür. Endirimlərin həcmi müxtəlif ticarət və xidmət mərkəzlərində 15%-dək təşkil edir. Hazırda ölkədə fəaliyyət göstərən 25-dək müxtəlif xidmət və ticarət şirkətləri «DəmirBank»n «Kart sahiblərinə endirimlər» layihəsinin iştirakçısıdır.

Xatırladaq ki, ölkənin ilk banklarından olan «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR