Bank Of Baku

Rüfət Aslanlı: «Azərbaycan fond bazarında korporativ kağızlar seqmentinin payı 25%-ə çatıb»

Rüfət Aslanlı: «Azərbaycan fond bazarında korporativ kağızlar seqmentinin payı 25%-ə çatıb»
# 22 dekabr 2010 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın fond bazarında korporativ qiymətli kağızlar üzrə əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14% artıb. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Ölkənin fond bazarının hazırkı vəziyyətinə toxunan Komitə sədrinin sözlərinə görə, bu ilin dinamikasına nəzər yetirdikdə Azərbaycanın qiymətli kağızlar bazarı QKDK-nın hələ bir il öncə bəyan etdiyi inkişaf konsepsiyasının əsas istqamətlərinə müvafiq şəkildə inkişaf edib.

R.Aslanlı qeyd edib ki, Komitənin əsas hədəfi korporativ qiymətli kağızlar bazarını inkişaf etdirmək və bu sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsinə nail olmaqdır: «Bu il ərzində özəl sektorun kapital bazarı vasitəsilə kapitallaşması tendensiyasında müsbət dinamika nəinki qorunub saxlanıb, həmçinin inkişaf etdirilib. Cari ilin 11 ayı ərzində korporativ kağızlar bazarındakı əməliyatların həcmi təxminən 14% artıb, bazarda ümumi payı isə ötən ilki 11%-dən 25%-dək yüksəlib. Bu da onu göstərir ki, korporativ kağızlar bazarı monetar siyasətin alətləri və büdcə kəsirinin maliyyəşməsi deyil – özəl sektorun maliyyəşməsinə xidmət edən klassik missiyadır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR