Bank Of Baku

Rüfət Aslanlı: «Böhran dövründə Azərbaycan fond bazarını tərk edən xarici sərmayələri yerli investorlar bərpa edib»

Rüfət Aslanlı: «Böhran dövründə Azərbaycan fond bazarını tərk edən xarici sərmayələri yerli investorlar bərpa edib»
# 22 dekabr 2010 10:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, xarici investorların Azərbaycan fond bazarını tərk etməsini sözügedən bazarda əməliyyatların dayanması kimi qiymətləndirmək olmaz. Belə ki, Bakı Fond Birjasında əməliyyatlar ənənəvi olaraq həftədə 4 gün keçirilir, hər gün ticarətin həcmi isə orta hesabla 15-20 mln. manat təşkil edir və bu, son bir neçə il ərzində müşahidə olunan trendə müvafiqdir: «O ki, qaldı xarici investorların bazardakı iştirakına – onlar risklərə konservativ yanaşaraq böhran dövründə bazarda likvidlik çatışmazlığı səbəbindən bazarı tərk etmək qərarına gəliblər. Lakin 2009-cu ildə Azərbaycan fond bazarından çıxan xarici sərmayələr bu dövr ərzində tam şəkildə yerli sərmayələr hesabına bərpa olunub. Belə ki, əgər həmin dövrdə portfel 380 mln. manat təşkil edirdisə və bunun təxminən 100 mln. manata qədəri xarici investorlar tərəfindən maliyyələşdirilirdisə, bu gün portfel 440 mln. manata çatıb və bu da tam həcmdə yerli investorlar tərəfindən maliyyələşdirilir. Orta hesabla yerli investorların bazardakı aktivliyi 50% artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR