Bank Of Baku

Sabah «Meqa Sığorta» şirkətinin səhmlərinin yerləşdirilməsinə başlanacaq

Sabah «Meqa Sığorta» şirkətinin səhmlərinin yerləşdirilməsinə başlanacaq
# 22 dekabr 2010 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 23-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Meqa Sığorta» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

«Meqa Sığorta»nın səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 75% artaraq 3,5 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti bu ilin oktyabr ayınadək «BE&G» adı ilə fəaliyyət göstərib. Şirkət 1998-ci ildən «Naxçıvan» sığorta brendi ilə yaradılıb və 2001-ci ildə şirkətin adı «BE&G»yə dəyişdirilib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin hazırkı nizamnamə kapitalı 2 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR