Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 22 dekabr 2010 11:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində mal ehtiyatları indeksi 2010-cu ilin noyabr ayı üzrə 105% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayı üzrə bu göstərici 97,6%, sentyabrda 99,1%, avqustda isə 103,2%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Bu indeksin dinamikası ilə yanaşı onun 100%-dən aşağı və ya yüksək olması da vacib göstəricidir. Belə ki, indeksin 100%-dən yüksək olması hesabat ayı ərzində əvvəlki ayla müqayisədə pərakəndə ticarətdə fəallığın azaldığını göstərir. Göründüyü kimi, pərakəndə ticarətdə mal ehtiyatları indeksi artıq bir neçə ay ərzində azalmadan sonra artım baş verib ki, bu da makroiqtisadi baxımdan mənfi göstəricidir, çünki son istelakın azalmasını əks etdirir.

Qeyd edək, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə 121 mln. manat, iyulun 1-nə 119,5 mln. manat, avqustun 1-nə 128,2 mln. manat, sentyabrın 1-nə 132,3 mln. manat, oktyabrın 1-nə 131,1 mln. manat, noyabrın 1-nə 128 mln. manat, dekabrın 1-nə 134,4 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR