Bank Of Baku

Mürsəl Rüstəmov: «Paşa Həyat» artıq yaxın günlərdə lisenziya ala bilər»

Mürsəl Rüstəmov: «Paşa Həyat» artıq yaxın günlərdə lisenziya ala bilər»
# 22 dekabr 2010 11:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Paşa Həyat» sığorta şirkətinə müddətsiz lisenziya verilə bilər. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, şirkətdə qeydiyyat, strukturun formalaşması və digər işlər artıq başa çatdırılıb: «Yalnız lisenziyanın alınması məsələsi qalıb ki, bununla da bağlı artıq Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət olunub».

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti bu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, hazırda Azərbaycanda həyat sığortası ilə bağlı lisenziyası olan «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR