Bank Of Baku

Azərbaycan Ədliyyə Nazirliyi kapital bazarına çıxarılacaq iki yeni alətin dövriyyəsi qaydalarını qeydiyyata alıb

Azərbaycan Ədliyyə Nazirliyi kapital bazarına çıxarılacaq iki yeni alətin dövriyyəsi qaydalarını qeydiyyata alıb
# 22 dekabr 2010 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın gələcəkdə Azərbaycanın kapital bazarına çıxarılacaq iki yeni alətin emissiyası və dövriyyəsini tənzimləyən qaydalar Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu barədə «APA-Economics»ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

«Dünən biz Ədliyyə Nazirliyindən yeni qaydaların qeydiyyata alınmasına dair məlumat almışıq. Bu günlərdə həmin qaydalar Azərbaycan qanunvericiliynə müvafiq olaraq dərc edildikdən sonra qüvvəyə minəcək», - deyə Komitə sədri bildirib.

R.Aslanlının sözlərinə görə, yeni alətlərin bazarda sərbəst formada dövr etməsi üçün müvafiq platformaların yaradılması zəruridir və artıq bununla bağlı Bakı Fond Birjasının elektron ticarət sistemində müvafiq tədbirlər görülüb, həmin sistem alətlərin ticarəti üçün, Milli Depozit Mərkəzində isə alətlərin saxlanması mexanizmi hazırlanıb: «Depozitar institutu ilə ticarət institutu arasında elektron interfeys yaradılıb. Həm hüquqi, həm də institusional platforma alətlərin tətbiqi üçün hazırdır. Ümid edirəm ki, qısa bir müddət ərzində qaydalar qüvvəyə mindikdən sonra yeni alətlərin ticarətini müşahidə edə biləcəyik».

Qeyd edək ki, yeni alətin biri bütün borc kağızları üzrə repo və əks-repo əməliyyatlarıının aparılmasını nəzərdə tutur. Digər alət isə təminatlı ipoteka istiqrazlarına aiddir ki, bununla bağlı qanun layihəsi artıq ölkə parlamentinə təqdim olunub və Milli Məclisin növbəti sessiyasında sözügedən sənədin qəbul olunacağı gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycan qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları (təmin olunmamış), korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR