Bank Of Baku

«Bank of Azerbaijan» ən iri regional filialını istifadəyə verib

«Bank of Azerbaijan» ən iri regional filialını istifadəyə verib
# 22 dekabr 2010 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Bank of Azerbaijan» ASC-nin Yevlax rayonunda filialını istifadəyə verib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Yevlax rayonu, Heydər Əliyev prospekti,25A ünvanında yerləşən filialın sahəsi təxminən 400 kv. metrdir və bu göstəriciyə görə bu, bankın Ən iri regional filialıdır.

Yeni filialda müştərilərə hesabların açılması, depozitlərin qəbul edilməsi, istehlak kreditlərinin verilməsi, kommunal ödənişlər, «Azercell», «Bakcell», «Nar Mobile» danışıqları üzrə ödənişlərin qəbul edilməsi, təcili pul köçürmələri, plastik kartların sifariş edilməsi və verilməsi, mübadilə əməliyyatları və digər bank xidmətləri göstəriləcək. Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan və həmçinin regionların inkişafına dəstək olan «Bank of Azerbaijan» gələcəkdə regionlarda filiallarının açılışını davam edirmək niyyətindədir. Ən yaxın günlərdə bank növbəti - Gəncə şəhərində - filial açmaq niyyətindədir.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln. manat, kredit portfeli 130,074 mln. manat, depozit portfeli 71,307 mln. manat, məcmu kapitalı 25,378 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,500 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR