Bank Of Baku

Sabah «Başak-İnam» sığorta şirkətinin səhmlərinin yerləşdirilməsinə başlanacaq

Sabah «Başak-İnam» sığorta şirkətinin səhmlərinin yerləşdirilməsinə başlanacaq
# 22 dekabr 2010 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 23-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Başak-İnam» ASC-nin əlavə buraxdığı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7,5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

«Başak-İnam» sığorta şirkətinin səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 75% artaraq 3,5 mln. manata çatacaq.

Qeyd ki, təsisçisi Türkiyənin «Başak Sığorta» (49%) şirkəti və Azərbaycanın dövlət və kommersiya bankları (51%) olan «Başak-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR