Bank Of Baku

Beynəlxalq Valyuta Fondu 403 ton qızıl satıb

Beynəlxalq Valyuta Fondu 403 ton qızıl satıb
# 22 dekabr 2010 14:21 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) öz qızıl ehtiyatlarının 13%-nin satışını başa çatdırıb. “APA-Economics”in xəbərinə görə, bu barədə BVF-nin yaydığı rəsmi açıqlamada bildirilir.

Məlumata görə, 2009-cu ilin sentyabrında təsdiq olunmuş proqrama əsasən 403,3 ton qızıl satılıb. Elə həmin il Hindistan, Şri-Lanka və Mavrikiyanın Mərkəzi bankları 7,15 mlrd. dollar dəyərində 212 ton, 2010-cu ildə isə Banqladeş 403 mln. dollar dəyərində 10 ton qızıl alıb.

Qeyd edək ki, BVF qızıl ehtiyatını çox uğurlu - qızılın qiymətinin dayanmadan artdığı bir vaxtda satışa çıxarıb. Satışdan əldə gəlirlər yoxsul ölkələrə yardım proqramlarına sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR