Bank Of Baku

Çin borc böhranı ilə mübarizədə Avropaya kömək edəcək

Çin borc böhranı ilə mübarizədə Avropaya kömək edəcək
# 22 dekabr 2010 14:56 (UTC +04:00)
Bakı - APA-Economics. Çin borc böhranı ilə mübarizədə Avropaya lazımi kömək göstərəcəyinə söz verib.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, Pekin bu məqsədlə böhrandan daha çox zərər görən ölkələrin istiqrazlarını alacaq.

Bunu Çin baş nazirinin iqtisadiyyata nəzarət məsələlərini kurasiya edən müavini Van Qişan bəyan edib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Çin üçün ən böyük bazarlardan biridir. Cari ilin ilk 11 ayı ərzində Aİ və Çin arasında ticarət dövriyyəsi 434 mlrd. dollar təşkil edib. bu, bir il əvvəlki göstəricidən 30% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR