Bank Of Baku

Azərbaycan Parisdə keçiriləcək beynəlxalq mikromaliyyə konfransında iştirak edəcək

Azərbaycan Parisdə keçiriləcək beynəlxalq mikromaliyyə konfransında iştirak edəcək
# 23 dekabr 2010 07:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) 2011-ci il fevral ayının 4-də Parisdə (Fransa) Polşa Mikromaliyyə Assosiasiyasının keçirəcəyi beynəlxalq konfransda iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, iclasda üzv ölkələrin 2011-ci il üzrə strateji planın təsdiqi, 2010-cu ilin nəticələri və cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, J.Hacıyeva 2008-ci ildən Polşa Mikromaliyyə Assosiasiyası Direktorlar Şurasının sədri vəzifəsini icra edir. J.Hacıyevadan əvvəl bu vəzifəni Hollandiya Mirkomaliyyə Assosiasiyasının rəhbəri tutub.

J.Hacıyeva həmçinin qeyd edib ki, AMA gələn ilin mart ayında «Qlobal Mikromaliyyə Şəbəkəsinin» (SEEP Network) Vaşinqtonda (ABŞ) keçiriləcək növbəti konfransına da dəvət alıb.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR