Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0527, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0527, AMFBI indeksi 1,0001 təşkil edib
# 23 dekabr 2010 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0147 bənd və ya 1,5% artaraq dekabr ayının 23-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0527 bənd və ya 5,3% artaraq 1,0527 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması dekabrın 22-də 3 mln. manat həcmində bir buraxılışın dövriyyədən çıxarılması və 4,2 mln. manat həcmindən yeni buraxılışın yerləşdirilməsi nəticəsində bazarın kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR