Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,5 mlrd. dollar vəsait ayırıb

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,5 mlrd. dollar vəsait ayırıb
# 23 dekabr 2010 07:45 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukrayna tərəfindən stant-by razılaşması üzrə proqramın yerinə yetirilməsi vəziyyətinin öyrənilməsini başa çatdırıb.

APA-Economics”in xəbərinə görə, yoxlamanın bitməsi Ukraynaya dərhal 1,5 mlrd. dollar (1,2 mlrd. avro) ayrılmasına imkan verir.

Bu vəsaitin ayrılması proqram üzrə borcun ümumi həcmini 3,4 mlrd. dollara (2,5 mlrd. avroya) çatdıracaq.

Qeyd edək ki, Ukrayna üçün stant-by razılaşması üzrə 29 aylıq proqram 28 iyul 2010-cu ildə qəbul edilib. Proqramın ümumi məbləği 15,3 mlrd. dollar (11,7 mlrd. avro), məqsədi isə iqtisadiyyatın normallaşdırılması və islahatlar üçün hökumət proqramını dəstəkləməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR