Bank Of Baku

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişi paraflayıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişi paraflayıb
# 23 dekabr 2010 08:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Gömrük Administrasiyası “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişin yekun variantını paraflayıblar.

APA-Economics”in “WAM” agentliyinə istinadən xəbərinə görə, paraflama DGK-nın gömrük nəzarəti departamentinin rəisi Şahin Bağırovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin BƏƏ-yə dekabrın 19-22-də baş tutan səfəri zamanı həyata keçirilib.

Saziş tərəflərin daxili ratifikasiya prosedurlarını başa çatdırmasından sonra imzalanacaq. “Sənəd iki ölkə arasında təcrübə mübadiləsinə, iqtisadi əməkdaşlığın və ticarətin inkişafına gətirib çıxaracaq” - deyə BƏƏ-nin Federal Gömrük Administrasiyasının beynəlxalq əlaqələr üzrə direktoru Suud Salem əl-Əqrubi bildirib.

Onun sözlərinə görə, bu saziş gömrük pozuntularının azalması, gömrük rüsumlarının dəqiq hesabının aparılması, gömrük işlərində məlumatlandırmanın səviyyəsinin artması və birgə təlim kurslarının yaradılması ilə də nəticələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR