Bank Of Baku

Bankların ipoteka kreditini verməməyə çalışdığı 10 peşənin sahibləri müəyyənləşib

Bankların ipoteka kreditini verməməyə çalışdığı 10 peşənin sahibləri müəyyənləşib
# 23 dekabr 2010 09:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İpoteka krediti təqdim edərkən bank təşkilatlarının ən az etibar etdiyi və kredit verməməyə çalışdığı 10 peşənin sahibləri müəyyənləşib. «APA-Economics»in məlumatına görə, «Penny Lane Realty» şirkətinin ekspertləri banklar üçün qətiyyən arzuolunmayan ipoteka müştərisi sayılan peşələri dəqiqləşdiriblər. Siyahıya gəlirləri az (sosial sahələrdə çalışanlar) və qeyri-sabit olan (turist firmalarının əməkdaşları, rieltorlar, kənd təsərrüfatı işçiləri, özəl sahibkarlar) peşələr daxildir.

Bundan başqa, banklar yüksək korrupsiyanın olduğu sahələrin işçilərinə də ipoteka krediti verməməyə çalışır. Bu kateqoriyaya hüquq-mühafizə orqanları və tikinti sektorunun işçiləri daxildir. Banklar maliyyə savadı az olduğuna görə, müştəri qismində hərbi qulluqçuları da görmək istəmir. Kredit təşkilatlarının ehtiyat etdiyi sonuncu iki peşə sürücülər və məhkəmə hakimləridir. Ekspertlər bunu spesifik səbəblərlə izah edirlər. Məsələ bundadır ki, sürücünün gəliri onun sürücülük vəsiqəsindən asılıdır, amma onlar istənilən anda hansısa qanun pozuntusuna görə vəsiqəni uzun müddətə itirə bilərlər. Məhkəmə hakimlərində problem başqadır – hakimlərin toxunulmazlığının olması krediti vaxtında qaytarmayanda onlara tədbirlər görməyi çətinləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR