Bank Of Baku

«Royal Bank» yeni endirim kartının təqdimatını keçirib

«Royal Bank» yeni endirim kartının təqdimatını keçirib
# 23 dekabr 2010 12:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyuev – APA-Economics. «Royal Bank» ASC bu gün müştərilərə daha bir kart məhsulunu – «City Card»ı təqdim edib.

«APA-Economics»in məlumatına görə, tədbirdə bankın İdarə Heyətinin üzvü Fərid Həsənov qeyd edib ki, bu kart vasitəsilə müştərilər Bakı şəhərində 500-dək ticarət və ictimai iaşə, sosial və digər xidmət obyektlərində 5-50% endirim əldə edə bilərlər: «Bu karta sahib olan müştərilər pulsuz şəxsi bank hesabı aça bilər, həmçinin aparılan əməliyyatlara görə yüksək bonuslar əldə edə bilərlər. «City Card» endirim kartından müştərilər Bakıda yerləşən tanınmış dükanlar, əyləncə mərkəzləri, restoranlar, tibb və tədris mərkəzləri və digər müəssisələrdə istifadə edə bilər».

F.Həsənovun sözlərinə görə, «City Card» layihəsinə qoşulan müəssisələrdə endirim kampaniyası keçirilən zaman «City Card»la endirim təqdim olunmur. Həmçinin, bu layihəyə daxil olan müəssisələrdə baş verən daxili dəyişikliyə görə «City Card» cavabdeh deyil.

Tədbirdə həmçinin bildirilib ki, hazırda bu endirim kartları ancaq Bakı şəhərinə şamil edilir və növbəti ildən bu siyahı genişləndirilərək regionları da əhatə edəcək. Ümumiyyətlə, bu layihə çərçivəsində endirim kartlarının xarici ölkələrdə də tanınması istiqamətində müvafiq işlər görüləcək.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR