Bank Of Baku

AKİA-ya üzv olan kredit ittifaqlarının sayı artır

AKİA-ya üzv olan kredit ittifaqlarının sayı artır
# 23 dekabr 2010 12:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin son iclasında quruma daha iki kredit ittifaqı üzv olub. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda İdarə Heyətinin qərarı ilə «Qarabağ 2010» (Ağcabədi) və «Tərəqqi» (Gəncə) kredit ittifaqlarının üzvlüyü təsdiqlənib.

Qeyd edək ki, bu ittifaqlar da daxil olmaqla, AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 70-ə çatıb.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 68-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR